IMG-LOGO

Gəncənin pravoslav icması Milad bayramını qeyd edir

07 Jan 2026 09:31 3 baxış
IMG

Gəncə şəhərində pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

"Report"un Qərb bürosunun məlumatına görə, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.

Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub.

Qeyd edək ki, Gəncənin pravoslav icması təqribən 200 ailədən ibarətdir.

Xəbər lenti