IMG-LOGO

"Turan Tovuz"dan ayrılan futbolçu: "Karyeramda önəmli dövrü başa vururam"

07 Jan 2026 09:45 2 baxış
IMG

"Turan Tovuz"dan Yaponiyanın "Kyoto" komandasına keçən braziliyalı futbolçu Aleks Souza keryerasında önəmli dövrü başa vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında yazıb.

Braziliyalı forvard Azərbaycan təmsilçisindən yeni klubuna transferi ilə bağlı fikirlərini bölüşüb:

"Karyeramda önəmli dövrü başa vururam. Bu müddət ərzində yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə "Turan Tovuz"a çox minnətdaram. Hər zaman yanımda olan klubun İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Özümlə təcrübələr, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, Aleks Souza 2024-cü ilin yanvarından "Turan Tovuz"da çıxış edirdi.

Xəbər lenti