IMG-LOGO

Filippin sahillərində 6,4 maqnitudalı zəlzələ olub

07 Jan 2026 08:04 2 baxış
IMG

Filippin sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri təxminən 150 min nəfər əhalisi olan Santyaqo şəhərindən 27 km şərqdə yerləşib. Ocağın dərinliyi 58 km olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti