IMG-LOGO

"Mançester Siti" Antuan Semenyonun transferini rəsmiləşdirib

07 Jan 2026 05:28 5 baxış
IMG

"Mançester Siti" "Bornmut" klubunun yarımmüdafiəçisi Antuan Semenyonun transferini uğurla başa çatdırıb.

"Report"un məlumatına görə, bu barədə jurnalist və insayder Fabrizio Romano "X" sosial şəbəkəsində yazıb.

Mənbənin məlumatına əsasən, transferin məbləği 75 milyon avro təşkil edəcək. Qeyd olunur ki, Semenyo tibbi müayinədən sonra (8 yanvar, cümə axşamı) uzunmüddətli müqavilə imzalayacaq.

Bildirilir ki, yarımmüdafiəçi "şəhərlilər"ə keçmək üçün dörd Premyer Liqa klubunun təklifini rədd edib. Transferdə əsas rol futbolçunun ispaniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyi olub.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 25 yaşlı Antuan Semenyo 19 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər lenti