Kamçatka vilayətində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 72 km məsafədə baş verib. Episentrin dərinliyi 63,2 km olub.
Dağıntılar və ya təlafat barədə məlumat yoxdur.