IMG-LOGO

Tramp: Venesuela satış üçün ABŞ-yə 50 milyon barrelə qədər neft təhvil verəcək

07 Jan 2026 04:19 4 baxış
IMG

Amerika lideri Donald Tramp bəyan edib ki, Venesuela hakimiyyəti ABŞ-a satış üçün 50 milyon barrelədək neft ötürəcək və bu tranzaksiyadan əldə olunacaq gəlirlərə şəxsən o nəzarət edəcək.

"Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" platformasında yazıb.

"Sevinc hissi ilə bildirirəm ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-yə sanksiyalara məruz qalan 30–50 milyon barrel yüksək keyfiyyətli neft ötürəcək. Bu neft bazar qiyməti ilə satılacaq və bu pullara ABŞ Prezidenti kimi mən nəzarət edəcəyəm ki, onların Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadə olunmasına təminat verilsin!" - o qeyd edib.

Tramp əlavə edib ki, ABŞ-nin energetika naziri Kris Rayta bu planın dərhal həyata keçirilməsi tapşırılıb. Onun sözlərinə görə, neft Amerika limanlarına çatdırılacaq.

Xəbər lenti