IMG-LOGO

İsrail və Suriya ABŞ-nin vasitəçiliyi ilə təhlükəsizlik məsələləri üzrə təmasları bərpa edib

07 Jan 2026 03:25 5 baxış
IMG

İsrail və Suriya ABŞ-nin vasitəçiliyi ilə təhlükəsizlik məsələləri üzrə təmasları bərpa edib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Bir neçə aylıq fasilədən sonra ABŞ-nin köməkliyi və dəstəyi ilə İsrail və Suriya arasında siyasi dialoq bərpa olunub. Dialoq ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülhün təşviqi ilə bağlı baxışı çərçivəsində baş tutub. İsrail öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin və sərhədlərindəki təhdidlərin qarşısının alınmasının vacibliyini vurğulayıb", - deyə bəyanatda bildirilib.

Baş nazirin ofisindən qeyd olunub ki, təmaslar zamanı İsrail regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyib, həmçinin hər iki ölkənin maraqları naminə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini göstərib.

"Tərəflər ümumi məqsədlərin irəlilədilməsi və Suriyadakı druz azlığının təhlükəsizliyinin təmin edilməsi üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər", - deyə qurumdan vurğulanıb

Xəbər lenti