IMG-LOGO

Luis Enrike PSJ-dən getmək istəyir

07 Jan 2026 03:32 7 baxış
IMG
0 0

Fransanın "Pari Sen-Jermen" futbol klubunun baş məşqçisi Luis Enrike komandasını dəyişə bilər.

Lent.az xəbər verir ki, "Bild"in məlumatına görə, ispaniyalı mütəxəssis Fransa klubunun ona təklif etdiyi yeni müqaviləni rədd edib.

Məlumata görə, Luis Enrike komandadan ayrılmaq və yeni təcrübə yaşamaq istəyir. İspan məşqçinin hazırkı müqaviləsi gələn mövsümün sonuna, 30 iyun 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Enrike 2023-cü ilin yayından bəri PSJ-yə rəhbərlik edir. Məşqçi Paris klubu ilə iki Fransa çempionluğu, iki Fransa Kuboku və Fransa Superkuboku, UEFA Superkuboku, FIFA Qitələrarası Kuboku və UEFA Çempionlar Liqasını qazanıb.

luis enrike psj

Xəbər lenti