IMG-LOGO

Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət katibi ilə görüş tələb edib

07 Jan 2026 02:13 8 baxış
IMG

Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət Departamentinə müraciət edərək dövlət katibi Marko Rubio ilə "yaxın gələcəkdə" görüş təşkil olunmasını xahiş ediblər.

"Report"un məlumatına görə, bu barədə Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt özünün "Facebook" hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, görüşdə tərəflər ABŞ-nin Qrenlandiya ilə bağlı mühüm bəyanatlarını müzakirə edəcəklər. O həmçinin bildirib ki, Danimarka və Qrenlandiyanın 2025-ci ildə dəfələrlə xarici işlər nazirləri səviyyəsində görüş tələb etməsinə baxmayaraq, Rubionun Qrenlandiya hökuməti ilə görüşməsi mümkün olmayıb.

Xəbər lenti