IMG-LOGO

Çay dərəsinə yıxılıb köməksiz qalan qadın xilas edildi

07 Jan 2026 00:12 7 baxış
IMG
0 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri ərazisində vətəndaşın çay dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1952-ci il təvəllüdlü M.Əzəmmədova təxminən 30m hündürlükdən çayın dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

fhn

Xəbər lenti