IMG-LOGO

Uitkoff: ABŞ yanvarın 7-də Parisdə Ukrayna ilə danışıqları davam etdirəcək

06 Jan 2026 23:42 7 baxış
IMG

ABŞ nümayəndə heyəti yanvarın 7-də Parisdə Ukrayna ilə müzakirələri davam etdirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Parisdə keçirilən "İstəklilər koalisiyası" görüşündə iştirak edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.

"Bu axşam və sabah Ukrayna nümayəndə heyəti ilə danışıqlarımızı davam etdirəcəyik və yaxın gələcəkdə əlavə müsbət məqamların olacağına ümidvarıq", - xüsusi nümayəndə qeyd edib.

Uitkoffun sözlərinə görə, ABŞ nümayəndə heyəti Parisdəki görüş zamanı Ukraynaya ikitərəfli təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi bərpa planı üzrə irəliləyiş əldə edib.

"Biz bir neçə mühüm istiqamətdə, o cümlədən ikitərəfli təhlükəsizlik zəmanətləri və iqtisadi rifah planı üzrə əhəmiyyətli irəliləyişə nail olmuşuq. ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh istəyir və biz onun tapşırığı ilə bu məqsədə nail olmaq üçün əlimizdən gələni etməyə hazırıq", - o vurğulayıb.

Xəbər lenti