Yunanıstanın AEK komandası Macarıstan millisinin futbolçusu Barnabaş Varqanı transfer edib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Futbolçu son olaraq Macarıstanda "Ferentsvaroş"un formasını geyinib, cari mövsüm ölkə çempionatında 17 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Varqa bundan əlavə, UEFA Çempionlar Liqasında 6 görüşdə 6 qol, Avropa Liqasında isə 6 qarşılaşmada 4 qolla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Barnabaş Varqa 6 qoldan ikisini bu mövsüm qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində "Qarabağ"a qarşı keçirilən oyunlarda vurub.