IMG-LOGO

Tramp: Hindistan Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaldıb

06 Jan 2026 22:04 7 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan hazırda Rusiya neftinin alışını əhəmiyyətli dərəcədə azaldıb.

"Report" xəbər verir ki, Tramp bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının qarşısında çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, Hindistanın Baş naziri Narendra Modi 15 ildir gecikdirilən 68 ədəd "Apache" helikopterinin tədarükünün müzakirəsi ilə bağlı xahiş edib. Amerika lideri qeyd edib ki, onlar yaxşı münasibət saxlayırlar, lakin Modi Hindistanın indi əhəmiyyətli dərəcədə azaltdığı Rusiyadan neft alışı ilə bağlı yüksək rüsumlardan narazı idi.

Xəbər lenti