IMG-LOGO

Tramp Konqresə seçkilərdə "epik qələbə"yə inanır

06 Jan 2026 20:22 8 baxış
IMG

ABŞ Konqresinə 2026-cı ildə keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyası "epik qələbə" qazanacaq.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz tarixə düşəcəyik və aralıq seçkilərində epik qələbə qazanaraq rekordları qıracağıq", - Tramp bildirib.

ABŞ lideri vurğulayıb ki, belə bir qələbə prezident seçkilərini qazananlara nəsib olmur. Bundan əlavə, o, son 12 ay ərzində respublikaçıların idarəetməsində ABŞ-nin misli görünməmiş uğur qazandığına əminliyini ifadə edib.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi noyabrın 6-da 40 illik siyasi karyerasına son qoyaraq 2026-cı ildə Konqresə yenidən seçilməyəcəyini bildirib. Həmin gün Tramp "Nensi Pelosinin getməsi ABŞ üçün böyük hadisədir" deyib və onu "pis, korrupsiyalaşmış biri" adlandırıb.

Xəbər lenti