IMG-LOGO

NATO-nun Baltik regionunda müdafiə imkanlarının gücləndirilməsi müzakirə edilib

06 Jan 2026 20:43 8 baxış
IMG

Kanadanın Baş naziri Mark Karni Parisdə "İstəklilər koalisiyası"nın sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rütte ilə görüşündə Baltik regionunda alyansın müdafiə imkanlarının gücləndirilməsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Kanada Baş nazirinin ofisi məlumat yayıb.

"Baş nazir Karni və baş katib Rütte Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü da daxil olmaqla, davam edən təhdidlər şəraitində Avroatlantik təhlükəsizliyinin gücləndirilməsini müzakirə ediblər. Onlar alyansın Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə, o cümlədən etibarlı təhlükəsizlik zəmanətlərinin təqdim edilməsinə dəstəyin vacibliyini vurğulayıblar", - məlumatda qeyd olunub.

Ukraynaya dəstək və etibarlı təhlükəsizlik zəmanətlərinin təqdim edilməsinin vacibliyi, o cümlədən Kanadanın Ukrayna üçün PURL proqramına təxminən 892 milyon dollar məbləğində töhfəsi də müzakirə edilib. Karni vurğulayıb ki, NATO transatlantik təhlükəsizliyin təməl daşı olaraq qalır və Kanada növbəti onillikdə alyansın imkanlarını gücləndirməyə, öz silahlı qüvvələrinə sərmayə qoymağa davam edəcək.

Bundan əlavə, baş nazir Arktikanın NATO-nun təhlükəsizliyi üçün strateji əhəmiyyətini qeyd edib və regionda müttəfiqlərin müdafiə potensialının artdığını bildirib. Karni və Rütte gələcək əməkdaşlıq üçün sıx əlaqə saxlamaq barədə razılaşıblar.

Xəbər lenti