IMG-LOGO

İsrail ordusu Livana zərbə endirib

06 Jan 2026 19:05 49 baxış
IMG

İsrail hərbçiləri Livana yenidən zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

IDF-nin məlumatına görə, hücumun məqsədi "Hizbullah"ın silahlı birləşmələrinin bir qrup üzvünün məhv edilməsi olub.

"Hizbullah"ın atəşkəs razılaşmasını davamlı şəkildə pozmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Herbet-Selem rayonunda hərəkatın terrorçularına zərbə endirib", - məlumatda deyilir.

Mənbə: report.az

Xəbər lenti