IMG-LOGO

"Barselona"nın ilk qış transferi

06 Jan 2026 17:52 13 baxış
IMG
0 0

"Barselona" ilk qış transferini həyata keçirib.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Kataloniya komandasının Joao Kanselo ilə müqavilə imzaladığı bildirilir.

Portuqaliyalı müdafiəçi mövsümün qalan hissəsində icarə əsasında "Barselona"ya qayıdacaq.

“Əl-Hilal” bu müqavilədən 4 milyon avro alacaq, katalonlar isə onun maaşının yalnız bir hissəsini ödəyəcək.

Kanselonun zədəli Andreas Kristensenin yerinə qeydiyyatdan keçəcəyi gözlənilir.

Joao Kanselo "Barselona" ilk qış transferi

Xəbər lenti