IMG-LOGO

“Qalatasaray” və “Fənərbaxça”nın həbsdəki futbolçuları ilə bağlı məhkəmədən YENİ QƏRAR

06 Jan 2026 18:21 18 baxış
IMG
0 0

İstanbul Baş Prokurorluğu "futbolda mərc istintaqı" çərçivəsində həbs edilən "Qalatasaray"ın futbolçusu Metehan Baltacı və "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaşın saxlanma müddətini araşdırıb. 

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, məhkəmə 2025-ci il dekabrın 9-da saxlanılan hər iki futbolçunun həbsinin davam etdirilməsi barədə qərar qəbul edib.

İstanbul 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən iş materiallarına baxıldıqdan sonra futbolçular azadlığa buraxılmayıb. Mövcud dəlilləri və ittihamların ciddiliyini nəzərə alaraq, məhkəmə həm Mert Hakan Yandaşın, həm də Metehan Baltacının həbsdə qalması barədə qərar qəbul edib.

 

Metehan Baltacı "Qalatasaray"ın futbolçusu Mert Hakan Yandaş "Fənərbaxça"nın futbolçusu məhkəmə qərar

Xəbər lenti