Türkiyənin "Beşiktaş" klubu qapıçısı Mert Günokla yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Qeyd edək ki, Mert Günok 2021/2022 mövsümündən "Beşiktaş"ın formasını geyinib. O, komanda ilə Türkiyə Kubokunun və Superkubokunun qalibi olub.