IMG-LOGO

Macar rejissor Bela Tarr vəfat edib

06 Jan 2026 16:30 6 baxış
IMG

Macarıstanlı rejissor Bela Tarr 70 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, macar rejissor və ssenarist "Satantango", "Verkmeyster harmoniyaları", "Londondan olan adam", "Turin atı" kimi filmlərin müəllifidir. O bir sıra nüfuzlu kino mükafatlarına da layiq görülüb.

Bela Tarrın 2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Laslo Krasnahorkai ilə bir sıra kino layihələri olub. Onların ssenarisini birgə yazdığı "Satantango" filmi uzun xronometraja, - 432 dəqiqə, - malik olması ilə diqqət çəkib.

Xəbər lenti