IMG-LOGO

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı dekabrda 74 % azalıb

06 Jan 2026 16:45 6 baxış
IMG

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449 milyon 385 min zərərli keçid bloklanıb.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü illə müqayisədə 45 % azdır.

Təkcə dekabrda 19,17 milyon zərərli keçid bloklanıb ki, bu da 1 il əvvələ nisbətən 74 % azdır.

2025-ci ildə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 6 dəfə çox və 50 % azdır.

2024-cü ildə "AzStateNet" şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.

Xəbər lenti