2025-ci ildə Azərbaycanda dövlət qurumlarının istifadəsinə 65 yeni domen verilib.
"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü illə müqayisədə 1,6 % çoxdur.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 285 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 22 % azdır.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.