IMG-LOGO

Premyer Liqa təmsilçisindən ayrılan futbolçu: "I Liqa klubuna keçidim gələcəyə hesablanmış addımdır"

06 Jan 2026 15:34 31 baxış
IMG

"İmişli" klubundan ayrılan, I Liqa təmsilçisi "Şəfa"ya transferi yaxın günlərdə rəsmiləşəcək İbrahim Əliyev keçidinin gələcəyə hesablanmış addım olduğunu düşünür.

Bunu "Report"a açıqlamasında yarımmüdafiəçi özü bildirib.

O, yaxın 2-3 gün ərzində transferin rəsmiləşəcəyini söyləyib:

"Hər iki tərəf üçün xeyirli olacağına inanıram. I Liqa klubuna transferim gələcəyə hesablanmış addımdır. "İmişli"də əsas heyətə düşə bilmirdim. "Şəfa"da isə oynamaq şansım daha çoxdur. Hətta deyərdim ki, "Şəfa"da olan şərait Premyer Liqanın bəzi klublarında yoxdur. Bu komanda çempionluğa oynayır və bir nömrəli hədəfi Premyer Liqaya yüksəlməkdir".

O, "Şəfa"nın heyətində yenidən Premyer Liqaya qayıdacağına inandığını söyləyib:

"Bildiyim qədər "Şəfa" Premyer Liqaya çıxsa, əsasən yerli futbolçuların xidmətindən yararlanacaq. Bu mənada özümü komandanın bir parçası hesab edirəm. Deyə bilərəm ki, "Şəfa"da şərait çox yaxşıdır və heç vaxt I Liqa səviyyəsində bu cür maaş olmayıb. Bu da onu göstərir ki, komanda gələcəyi düşünür".

Qeyd edək ki, Premyer Liqaya iddialı olan "Şəfa" I Liqada 30 xalla liderdir.

Xəbər lenti