2025-ci ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçt xidmətində 17 milyon 695 min 349 elektron məktubu emal edib.
"Report"un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən 5 % çoxdur.
Hesabat dövründə emal olunan məktubların 12 milyon 549 min 565-i istifadəçilərə çatdırılıb, 5 milyon 145 min 784-ü isə zərərli tərkibli olduğu üçün bloklanıb.
Təkcə IV rübdə 2 milyon 215 min 401 elektron məktub bloklanıb ki, bu da əvvəlki rübə nisbətən 40 %, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 6 dəfə çoxdur.
Xatırladaq ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub, onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990-nı zərərli tərkibli olduğu üçün blok edilib.