IMG-LOGO

"Barselona" İngiltərə klubunun futbolçusunu transfer etmək istəyir

06 Jan 2026 15:51 3 baxış
IMG

"Barselona" (İspaniya) İngiltərənin "Nyukasl" klubunun müdafiəçisi Lyuis Hollu transfer etmək istəyir.

"Report"un "Barca Universal"a istinadən məlumatına görə, Kataloniya klubu 21 yaşlı futbolçunun keçidini nəzərdən keçirir.

Məşqçilər korpusunun Hollu müdafiənin sol cinahında yer alan həmyaşıdı Aleks Balde ilə rəqabət aparması üçün heyətə cəlb etmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, L.Holl 2024-cü ilin yayında Premyer Liqanın digər təmsilçisi "Çelsi"dən "Nyukasl"a 33 milyon avro müqabilində keçib. Müdafiəçi cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 18 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı onun dəyərini 32 milyon avro qiymətləndirir.

Xəbər lenti