IMG-LOGO

"Şamaxı" Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək

06 Jan 2026 14:44 3 baxış
IMG

"Şamaxı" klubu qış təlim-məşq toplanışı zamanı Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə yoxlama oyunu keçirəcək.

Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.

Komanda hazırlıq prosesində iki matça çıxacaq.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv yanvarın 11-də "Bank Respublika Arena"da "Sabah"la, yanvarın 17-də "Liv Bona Dea Arena"da U-21 yığması ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.

Xəbər lenti