IMG-LOGO

ABŞ-dən olan basketbolçu: "Azərbaycanda özümü sübut etmək istəyirəm"

06 Jan 2026 14:50 3 baxış
IMG

NTD klubunun ABŞ-dən olan basketbolçusu Leykim Makaliley Azərbaycanda özünü sübut etmək istəyir.

"Report" xəbər verir ki, oyunçu bu barədə Bakı təmsilçisinin mətbuat xidmətinə müsahibəsində deyib.

25 yaşlı idmançı Azərbaycan Basketbol Liqasının səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləyib:

"Düşünürəm ki, gələcəkdə daha da artacaq. Bu liqaya gələndə hər bir komandanın sona qədər mübarizə aparacağını bilirdim və heç kimi zəif görmürdüm. Burada özümü sübut etmək istəyirəm".

O bildirib ki, çempionatda yaranmış fasilədən bərpa olunmaq və görülən işləri təhlil etmək üçün yararlandıqlarını sözlərinə əlavə edib:

"Fasilə bizə müsbət təsir göstərdi. Güclü tərəflərimizi daha yaxşı anladıq və üzərində işləməli olduğumuz məqamları müəyyən etdik. Hazırlıq prosesi plan üzrə gedir. Həm məşqçilər korpusu, həm də oyunçular nə tələb olunduğunu dəqiq bilirlər. Komandada əhval-ruhiyyə yüksəkdir və məqsədimiz yalnız qələbədir. Hazırkı vəziyyəti dəyişə biləcəyimizə inanırıq. Bunun üçün hər kəsin bir məqsəd ətrafında birləşməsi və öz üzərinə düşən işi maksimum səviyyədə yerinə yetirməsi vacibdir".

Xəbər lenti