İngiltərənin "Liverpul" klubu 17 yaşlı futbolçu transfer edib.
"Report" "Liverpool Echo"ya istinadən xəbər verir ki, klub yaxın günlərdə seneqallı Mor Ndiaye ilə müqavilə imzalayacaq.
Münasibətlər rəsmiləşdikdən sonra futbolçunun "Liverpul"un U-21 komandasına qoşulacağı bildirilib.
"Liverpul" yay transfer dönəmində daha bir gənc müdafiəçi - İfeanyi Ndukveni heyətinə qatmaq üçün "Austriya" (Avstriya) ilə danışıqlar aparır.
Qeyd edək ki, M.Ndiaye Qətərdə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında ölkəsinin millisinin heyətində iştirak edib.