IMG-LOGO

Ötən ay sərhəddə 5 milyon manatdan çox qaçaqmal tutulub

06 Jan 2026 11:34 4 baxış
IMG

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32,289 min manat оlan qaçaqmal tutulub.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Xəbər lenti