IMG-LOGO

Dekabrda Azərbaycandan çıxışı qadağan olunan 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

06 Jan 2026 11:36 4 baxış
IMG

Ötən ilin dekabr ayında ölkədən çıxışı qadağan edilən 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 359 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Ölkəyə girişi qadağan olan 64 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Xəbər lenti