IMG-LOGO

Afrikalının “Yaşa Azərbaycan” oxuması trendə çevrildi - VİDEO

20.11.2023 19:38 69 baxış
IMG

Kamerundan olan Pyer Aydjonun adı artıq Azərbaycanda məşhurdur.

Lent.az-ın xəbərinə görə, müəllifi və ifaçısı Nurlan Ordubadlı olan “Yaşa Azərbaycan” mahnısını oxumaqla soydaşlarımızın rəğbətini qazanan Pyer artıq toylara da dəvət almağa başlayıb.

Bu mahnını oxumaqla müəllif  hüquqlarını pozsa da, Nurlan Ordubadlı Pyerə güzəşt edib. Çünki afrikalı Azərbaycanı çox sevdiyini deyib.

Qeyd edək ki, Nurlan bu mahnını oxumağı digər ifaçılara qadağan etmişdi.

19 ildir Dağıstanda yaşayan Pyer Bakıya köçüb və digər Azərbaycan mahnılarını da sevərək ifa edir.  

Onun ifasındakı “Yaşa Azərbaycan” mahnısı isə sosial şəbəkələrdə trendə çevrilib.

Xəbər lenti