IMG-LOGO

"Sənə dəlicəsinə vurulmuşdum" – Məşhur ulduzun etirafı illər sonra yenidən yayıldı

08 Aug 2026 10:39 3 baxış
IMG
0 0

ABŞ-ın televiziya ulduzu Kristin Kavallari bikinili fotoları ilə yenidən diqqət mərkəzinə düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı Kavallari istirahət zamanı çəkdirdiyi bikinili fotoları sosial şəbəkə hesabında paylaşıb. Fit görünüşü ilə izləyicilərdən çoxsaylı bəyənmə alan məşhurun paylaşımları qısa zamanda geniş müzakirələrə səbəb olub.

Fotoların yayılmasının ardından onun illər əvvəl NFL ulduzu Travis Kelsiyə etdiyi sevgi etirafı gündəmə gəlib. Kelsinin qonaq olduğu köhnə podkast proqramından görüntülər də yenidən sosial şəbəkələrdə paylaşılmağa başlayıb. Həmin söhbət Taylor Sviftlə münasibəti ictimaiyyətə məlum olmamışdan bir qədər əvvəl baş tutmuşdu.

Veriliş zamanı Kavallari Kelsiyə 2016-cı ildə yayımlanan "Catching Kelce" şousunu izlədiyini deyərək, "Səni ilk dəfə həmin proqramda gördüm. O vaxt televiziyada ən böyük heyran olduğum insan sən idin. Sənə həqiqətən vurulmuşdum", - sözlərini işlədib.

Travis Kelsi isə münasibətlərə tələsmədiyini bildirib. O, ciddi münasibət qurmaq üçün qarşı tərəfi yaxından tanımağın vacib olduğunu deyib. İdmançı ilk hisslərin önəmli olduğunu vurğulasa da, əsl bağın zamanla yarandığını qeyd edib.

 

məşhur maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti