IMG-LOGO

İnsanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək

23 Dec 2025 17:20 4 baxış
IMG

İnsanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək.

"Report" xəbər verir ki, bu, "Patent haqqında" qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.

Sənəd Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Xəbər lenti