IMG-LOGO

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb

31 Dec 2025 19:15 5 baxış
IMG

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti