IMG-LOGO

Nəriman Axundzadə "Erzurumspor"la rəsmən müqavilə imzaladı

08 Aug 2026 01:22 4 baxış
IMG
0 0

Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadə Türkiyənin "Erzurumspor" klubu ilə rəsmən müqavilə imzalayıb.

Lent.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, 22 yaşlı hücumçu Erzurum şəhərinə gələrək klubun prezidenti Ahmet Dal ilə görüşüb. Görüşdən sonra tərəflər rəsmi müqavilə imzalayıblar.

Qeyd edək ki, Erzurum təmsilçisi gənc futbolçunu ABŞ-nin "Kolambus Kryu" komandasından bir mövsümlük icarə əsasında heyətinə cəlb edib.

Nəriman Axundzadə Erzurumspor

Mənbə: lent.az

Xəbər lenti