IMG-LOGO

Cəlilabadda 77 yaşlı qadın yanaraq ölüb

05 Jan 2026 11:18 10 baxış
IMG

Cəlilabad rayonunda 77 yaşlı qadın faciəli şəkildə ölüb.

"Report" xəbər verir ki, rayon sakini - 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyərkən soba onun üzərinə aşıb.

Nəticədə qadın yanaraq ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti