Alimlər tarixin ən güclü kompüterinin yaradılacağı yeri açıqlayıblar.
Lent.az “New Scientist”a istinadən xəbər verir ki, ən güclü kompüter Almaniyanın “Jülich” Araşdırma Mərkəzində istehsal olunacaq.
Almaniyadan olan tədqiqatçılar əvvəllər dizayn edilmiş kompüterlərin hamısını üstələyən və texnoloji cəhətdən ən təkmil cihaz olacaq superkompüterin yaradılmasını elan ediblər.
Bu cihaz alimlərə elmi və eksperimental tədqiqatları üçün kompleks süni intellekt modellərini yaratmağa kömək edəcək.
Qeyd edilir ki, hazırda dünyada bu cür hesablamaları aparmağa qadir olan yalnız iki sistem var: Tennessi ştatındakı Oak Ridge Milli Laboratoriyasında “Frontier” və İllinoys ştatındakı Arqonna Milli Laboratoriyasında “Aurora”.