IMG-LOGO

Gəncədə CASUS OVU: daha 2 nəfər tutuldu

11 Jan 2024 11:37 192 baxış
IMG

Ötən gün "MOUZE" teleqram kanalına istinadən Gəncədə İranın molla rejiminə xidmət edən şəxslərə qarşı əməliyyat keçirilməsi barədə xəbər vermişdik. 

Lent.az xəbər verir ki, kanalın yaydığı yeni məlumata görə, Gəncədə casus ovu davam edir.

Belə ki, İranın molla rejimini təbliğ edən daha iki Gəncə sakini - Məmmədov Ceyhun Xanoğlan oğlu və Musayev Rəşad Nəsib oğlu həbs edilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər. 

 

Mənbə: lent.az

Xəbər lenti