IMG-LOGO

Maşın ağaca çırpıldı, SÜRÜCÜ ÖLDÜ

11 Jan 2024 10:55 144 baxış
IMG

Lənkəranda avtomobil qəzası baş verib. 

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin Vilvan kəndi ərazisində qeydə alınıb. 

Natiq Məmmədov idarə etdiyi "Mercedes-Benz S600" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağındakı ağaca çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. 

Faktla bağlı cinayət işi açılıb. 

Mənbə: lent.az

Xəbər lenti