IMG-LOGO

Saakaşvilidən Gürcüstan prezidentinə ÇAĞIRIŞ: “Məni əhv edin”

20.11.2023 13:52 73 baxış
IMG

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasında respublikanın hazırkı rəhbəri Salome Zurabişvilini onu əfv etməyə və bununla da “ölkədə siyasi tarazlığı bərpa etməyə” və ata kimi onu uşaqlarına qaytarmağa çağırıb.

“Əlbəttə, ruhən özümü daha gümrah hiss edirəm, amma fiziki olaraq... həkimlər mənim daha yaxşı olduğumu təsdiq edə bilmirlər. Xanım Salome bir imza ilə övladlarımı atalarına qaytara və Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, eks-prezident çıxışı zamanı deyib.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze noyabrın 10-da bildirib ki, Saakaşvili həkimlərin müvafiq qərarı aldıqdan sonra həbsxanaya qaytarılacaq. Cəmi iki illik həbsdə eks-prezident altı aydan da az kamerada yatıb.

 

Xəbər lenti