Vogue jurnalının redaktorları 2026-cı ilin yay mövsümü üçün ən dəbli paltarı müəyyən ediblər. Söhbət minimalistik üslubda hazırlanmış, qolsuz, sadə dairəvi yaxası və lakonik kəsimi olan modellərdən gedir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu paltarlar artıq dekor elementlərindən, mürəkkəb detallardan uzaqdır və “üç dəlikli paltar” (baş və qollar üçün) kimi tanınır. Qeyd olunur ki, bu tip geyimlər 1990-cı illərdə də çox populyar olub. Xüsusilə Helmut Lang və Calvin Klein kimi markalar bu trendin yayılmasında böyük rol oynayıb. Hazırda isə bu stil yenidən aktuallaşıb və Gucci, Miu Miu və Prada kimi məşhur brendlər öz kolleksiyalarına daxil ediblər.
Dəb yay modası 2026 moda trendləri yay geyimləriMənbə: lent.az