2025-ci ilin 9 ayı ərzində Azərbaycanda 1198 yanğın hadisəsi olub.
Lent.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.
Həmin yanğınlar nəticəsində 32 nəfər həlak olub, 132 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər və ya 19% azdır.
Həmçinin qeyd olunan dövr ərzində ölkədə 34 partlayış hadisəsi baş verib. Qeyd olunub ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır. Partlayışlar zamanı 9 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.
Hadisələr