İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Real"ın (Madrid) braziliyalı hücumçusu Rodriqo üçün rəsmi təklif göndərməyə yaxındır.
"Report" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı oyunçunu transfer etmək üçün 50–60 milyon avro ödəməyə hazırdırlar.
Məhəmməd Salahın Premyer Liqa təmsilçisindəki gələcəyi qeyri-müəyyənlik doğurduğundan rəhbərlik indidən yeni futbolçu ilə danışıqlara başlamağı məqbul hesab edir.
Qeyd edək ki, Rodriqo "Real"ın heyətində cari mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.