IMG-LOGO

Bu ilin 9 ayında texnogen hadisələr zamanı 45 nəfər ölüb

30 Dec 2025 15:46 4 baxış
IMG

Bu ilin 9 ayı ərzində baş verən texnogen hadisələr zamanı 45 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin 9 ayı üzrə statistik məlumatlarında qeyd olunub.

Bildirilib ki, ölkə ərazisində 17 min 301 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 5 118 hadisə və ya 12% çoxdur.

Təbii və texnogen mənşəli hadisələr nəticəsində 45 nəfər ölüb, 182 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 33 nəfər xilas edilib, 689 nəfər təxliyə olunub.

Xəbər lenti