Beyləqan rayonu, I Şahsevən kəndində fəaliyyət göstərən fərdi sahibkar Şəhla Həsənovaya məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məntəqənin istismarının dayandırılmasına səbəb yoxlama zamanı orada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntuların aşkarlanması olub.