IMG-LOGO

Şakro Molodoy azərbaycanlı biznesmenin yaxın dostunun DƏFNİNDƏ

30 Dec 2025 13:27 4 baxış
IMG
0 0

Rusiyanın əsas “qanuni oğru”su hesab edilən, Şakro Molodoy ləqəbi ilə tanınan kriminal avtoritet Zaxari Kalaşov “Solsnevskilər” qruplaşmasının lideri Viktor Averinlə vida mərasimində görüntülənib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə telegram kanallarında məlumat yayılıb. 

Məlumata görə, o, mütəşəkkil cinayətkar qrupun yaradıcısının dəfn mərasimində iştirak edib.

Paylaşımda bildirilir ki, bu yaxınlarda həbsdən azad edilən Şakro Molodoyun səhhətində ciddi problemlər var. Averin Yeni Moskva inzibati dairəsində yerləşən Pıxtinski qəbiristanlığında dəfn olunub. Vida mərasimi isə Peredelkino qəsəbəsindəki Müqəddəs İqor Çerniqovski katedralində keçirilib.

Qeyd edək ki, Viktor Averin dekabrın 20-də Moskvanın Pestovo qəsəbəsi istiqamətində yaxtanın aşması nəticəsində həlak olub. Həmin yaxtada Averinin yaxın adamı olan azərbaycanlı biznesmen 61 yaşlı Əliyev Şəmistan İsmayıl oğlu da olub. Qəza zamanı Şəmistan Əliyev xəsarət alıb.

Şakro Molodoy

Xəbər lenti