IMG-LOGO

Bacısının nişanında dayısı arvadının bir balon pulunu oğurladı - AĞCABƏDİDƏ

30 Dec 2025 12:15 5 baxış
IMG
0 0

Ağcabədidə evdən 4500 manat pul oğurlanıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin N. Abdullayev küçəsində baş verib.

İttiham aktına görə, 18 yaşlı Cəfər Babaşov (ad və soyad şərtidir) bacısının nişan məclisi üçün evlərinə gəlib kömək edən dayısı arvadının evinə girib. O, məclis davam edərkən, qadının evinə gedərək, yataq otağının şkafında içi pulla dolu iki balon görüb və  birini götürüb. Həmin balonun içərisində isə 4500 manat pul olub.

Bu əməlinə görə, Cəfər Babaşov saxlanılıb və barəsində cinayət işi açılıb.

İstintaq zamanı zərərçəkən ona dəyən ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.

Ağcabədi rayon Məhkəməsinin qərarı ilə Cəfər Babaşov barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Hadisələr bir balon pul Ağcabədi rayonu nişan mərasimi nişan məclisi

Xəbər lenti