IMG-LOGO

Polis Bakıda daha 466 qutu pirotexniki vasitə aşkarladı

30 Dec 2025 10:16 4 baxış
IMG
0 0

Polis Yasamal rayonunda 466 qutu pirotexniki vasitə aşkarlanıb.

Lent.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışının təşkil edən 48 yaşlı T.Mustafayev saxlanılıb.

Ondan 466 qutu yüksək səsyacı və işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hadisələr

Xəbər lenti