IMG-LOGO

Hacıqabulda qəzada yaralanan gənc xəstəxanada öldü

30 Dec 2025 04:23 4 baxış
IMG
0 0

Hacıqabulda minik avtomobilinin aşması nəticəsində xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu müalicə aldığı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıqabul rayonu Meyniman kəndində “Chevrolet” markalı minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət almışdı.

Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilmişdi.

Daha bir nəfərə isə ambulator yardım göstərilmişdi.

qəza

Xəbər lenti