Bir neçə gün əvvəl “Alaska Airlines”in ASA1282-də pəncərə partlaması hər kəsi şoka salmışdı.
Lent.az xəbər verir ki, hadisə zamanı heç bir kəs xəsarət almayıb. Ancaq bir sərnişinin “iPhone 5” markalı telefonu təyyarədən düşüb. Maraqlısı odur ki, 5 kilometr hündürlükdən düşən smartfon heç bir zərər dəyməyib. Belə ki, mobil cihaz qırılmayıb və normal işləyib. Hətta onun şarjı belə bitməyib.
Qeyd edək ki, yoldan keçənlər “iPhone”u tapıb və sahibinə qaytarıblar.